BetaÖdəniş sistemi hələ qoşulmayıb - sessiya sorğuları pulsuzdur. Kalkulyator və analitika DİM-in real datası ilə işləyir.
VEKTAKaryera Platforması
Pulsuz alət · DİM datası

Qəbul ehtimalı kalkulyatoru

Balını yaz, universitet və ixtisası seç - 40 universitetin 1 466 ixtisası üzrə 2027-ci il qəbulu üçün ehtimalını gör.

Regionşünaslıq (Amerika üzrə)

İngilis dilində

Bakı Dövlət Universiteti · Bakı · kod 112338

—
Ehtimal üçün balını yaz
Keçid balı 2025 · ödənişsiz
407.7
Keçid balı 2025 · ödənişli daxil
407.7
Balınla fərq
—
2027-ci il üçün keçid balının ehtimal olunan aralığı: 373–442

Son illərin keçid balları

Qəbul olan ən aşağı bal. 7 ildə 176.8–407.7 arasında dəyişib (fərq 230.9 bal); 2019-də boş yer qalıb - həmin il müsabiqə həddi ilə qəbul mümkün idi.

2019: 176.8 (boş yer qalıb)2020: 250.52021: 238.32022: 332.62023: 368.52024: 382.82025: 407.7
  1. 2019176.8
  2. 2020250.5
  3. 2021238.3
  4. 2022332.6
  5. 2023368.5
  6. 2024382.8
  7. 2025407.7

Müsabiqə şərtləri (2026 qaydaları)

  • Ümumi bal ən azı 200
  • Blok imtahanı (II mərhələ) balı ən azı 100
  • Dövlət universitetlərinin ingilis dilli ixtisaslarında buraxılış imtahanında ingilis dili üzrə nisbi bal ən azı 40 olmalıdır.

Regionşünaslıq (Amerika üzrə) - digər universitetlərdə

2025 keçid balına görə, güclüdən başlayaraq.

Hamısı analitikada (4 proqram) →

Necə hesablanır?

Data. Keçid balları Dövlət İmtahan Mərkəzinin 2025-ci il müsabiqəsinin rəsmi nəticələridir: hər ixtisas üzrə ümumi (ödənişli daxil) və dövlət sifarişi üzrə keçid balı. Müsabiqə şərtləri DİM-in 2026-ci il «İxtisas seçimi» kitabçalarından, bal paylanması isə 2026-ci il nəticələrindən götürülüb.

Model. Keçid balı hər il ixtisası seçənlərin sayından, plan yerlərindən və nəticələrdən asılı olaraq dəyişir. Son məlum keçid balını mərkəz götürürük və onun ildən-ilə tipik tərəddüdünü nəzərə alırıq: 700-ə yaxın ballarda aralıq dar, orta səviyyədə genişdir. Ehtimal - gələn ilin keçid balının sənin balından aşağı olma ehtimalıdır.

Şərtlər. Ümumi bal (maksimum 700 = buraxılış 300 + blok 400) və blok balı üzrə minimum hədlər hər ixtisas üçün ayrıca yoxlanılır: əksəriyyətdə 200 və 100, bəzi ixtisasların ödənişli yerlərində 150 və 50, «Riyaziyyat», «Fizika», «Kompüter elmləri» üçün 250.