Bu sənəd Vekta platformasının (vekta.az) hansı fərdi məlumatları topladığını, onlardan nə üçün istifadə etdiyini və necə qoruduğunu izah edir. Məlumatlar Azərbaycan Respublikasının "Fərdi məlumatlar haqqında" Qanununa uyğun emal olunur. Sualın varsa, [email protected] ünvanına yaz.
Hansı məlumatları toplayırıq
- Hesab: ad və soyad, e-poçt, hesab növü (məsləhət alan və ya mentor). Şifrənin özü saxlanılmır - yalnız geri çevrilməyən heşi (scrypt).
- Məsləhət alan profili: hansı mərhələdə olduğun (abituriyent, tələbə və s.) və maraq sahələrin.
- Mentor profili: ixtisas və ya vəzifə, təcrübə, sahə, xidmət, sessiya qiyməti, qısa təqdimat və həftəlik boş vaxtlar.
- Sessiyalar: sessiyanın vaxtı, bron zamanı yazdığın sual, statusu (gözləyir, təsdiqlənib, ləğv edilib) və Google Meet otağının linki.
- Rəylər: sessiyadan sonra verdiyin qiymət (ulduz) və mətn.
- Texniki məlumat: IP ünvanı, brauzer məlumatı və sorğu ünvanı serverin təhlükəsizlik loglarında qısa müddət qalır.
Ehtimal kalkulyatoru və analitika bölməsi qeydiyyat tələb etmir. Kalkulyatora daxil etdiyin ballar hesabına bağlanmır və ayrıca saxlanılmır.
Nə üçün istifadə edirik
- hesab yaratmaq, daxil olmaq və hesabı qorumaq;
- məsləhət alanla mentoru görüşdürmək: bron, təsdiq və onlayn görüş linki;
- mentorları siyahıda göstərmək və sənə uyğun mentorları tövsiyə etmək;
- sui-istifadənin qarşısını almaq (məsələn, çoxlu uğursuz giriş cəhdlərini məhdudlaşdırmaq);
- platformanın işini yaxşılaşdırmaq (ümumi, anonim göstəricilər).
Məlumatlarını satmırıq, reklam üçün istifadə etmirik və reklam izləyiciləri işlətmirik.
Kim nəyi görür
- Mentor bron sorğusunda sənin qısa adını (məsələn, "Aysel M."), mərhələni və sualını görür. E-poçtun mentora göstərilmir.
- Mentorun saytdakı profili (qısa ad, ixtisas, təqdimat, qiymət, reytinq) hamıya açıqdır.
- Görüş linki yalnız həmin sessiyanın iki iştirakçısına görünür.
- Vekta administratorları dəstək və yoxlama məqsədilə hesab məlumatlarını görə bilər. Adminlərin etdiyi dəyişikliklər jurnala yazılır.
Xidmət təminatçıları
- Google (Google Meet): hər təsdiqlənmiş sessiya üçün Vekta-nın öz Google hesabı adından görüş otağı yaradılır. Vekta Google-a sənin adını və e-poçtunu ötürmür. Görüşün özü Google Meet-də keçir və Google-un məxfilik siyasətinə tabedir.
- Cloudflare: sayta gələn trafik Cloudflare şəbəkəsindən keçir. O, saytı hücumlardan qoruyur və bu məqsədlə IP ünvanı kimi texniki məlumatları emal edir.
- Amazon Web Services (AWS): sayt və verilənlər bazası AWS serverində yerləşir.
Cookie-lər
- vekta_sid - giriş sessiyası (30 gün). JavaScript onu oxuya bilmir, yalnız HTTPS ilə göndərilir.
- vekta_ui - menyuda "Panelim" düyməsini göstərmək üçün adının baş hərfləri və hesab növü.
- Cloudflare təhlükəsizlik məqsədilə (botları ayırd etmək üçün) öz cookie-lərini yaza bilər.
Reklam və ya izləmə cookie-ləri istifadə etmirik.
Saxlama müddəti və təhlükəsizlik
Hesab məlumatları hesab aktiv olduğu müddətcə saxlanılır. Bazanın gündəlik ehtiyat nüsxəsi 14 gün saxlanılır. Texniki loglar təxminən iki həftə sonra silinir. Əlaqə HTTPS ilə şifrələnir, serverə giriş məhdudlaşdırılıb, şifrələr heş şəklində saxlanılır.
Hüquqların
Haqqında hansı məlumatların saxlandığını öyrənmək, onları düzəltmək və ya hesabının silinməsini istəmək üçün qeydiyyatdan keçdiyin e-poçtdan [email protected] ünvanına yaz. Profil məlumatlarının çoxunu panelinin "Profil" bölməsində özün də dəyişə bilərsən.
18 yaşından kiçik istifadəçilər
18 yaşından kiçiksənsə, qeydiyyatdan keçməzdən əvvəl valideyninin və ya qanuni nümayəndənin razılığını al.
Dəyişikliklər
Bu siyasət dəyişəndə yeni versiya bu səhifədə dərc olunur və yuxarıdakı tarix yenilənir. Həmçinin bax: İstifadə şərtləri.