BetaÖdəniş sistemi hələ qoşulmayıb - sessiya sorğuları pulsuzdur. Kalkulyator və analitika DİM-in real datası ilə işləyir.
VEKTAKaryera Platforması
Pulsuz alət · DİM datası

Qəbul ehtimalı kalkulyatoru

Balını yaz, universitet və ixtisası seç - 40 universitetin 1 466 ixtisası üzrə 2027-ci il qəbulu üçün ehtimalını gör.

Xarici dil müəllimliyi (alman dili üzrə)

Naxçıvan Dövlət Universiteti · Naxçıvan · kod 142519

—
Ehtimal üçün balını yaz
Keçid balı 2025 · ödənişsiz
—
Keçid balı 2025 · ödənişli daxil
325.1
Balınla fərq
—
2025-ci ildə bu ixtisasa dövlət sifarişi ilə qəbul olan olmayıb - yerlər ödənişli əsaslarla dolub.

Son illərin keçid balları

Qəbul olan ən aşağı bal. 7 ildə 207.7–325.1 arasında dəyişib (fərq 117.4 bal); 2022, 2023, 2024-də boş yer qalıb - həmin il müsabiqə həddi ilə qəbul mümkün idi.

2019: 272.22020: 264.52021: 207.72022: 208.9 (boş yer qalıb)2023: 267.5 (boş yer qalıb)2024: 244.1 (boş yer qalıb)2025: 325.1
  1. 2019272.2
  2. 2020264.5
  3. 2021207.7
  4. 2022208.9
  5. 2023267.5
  6. 2024244.1
  7. 2025325.1

Müsabiqə şərtləri (2026 qaydaları)

  • Ümumi bal ən azı 200
  • Blok imtahanı (II mərhələ) balı ən azı 100

Xarici dil müəllimliyi (alman dili üzrə) - digər universitetlərdə

2025 keçid balına görə, güclüdən başlayaraq.

Hamısı analitikada (4 proqram) →

Necə hesablanır?

Data. Keçid balları Dövlət İmtahan Mərkəzinin 2025-ci il müsabiqəsinin rəsmi nəticələridir: hər ixtisas üzrə ümumi (ödənişli daxil) və dövlət sifarişi üzrə keçid balı. Müsabiqə şərtləri DİM-in 2026-ci il «İxtisas seçimi» kitabçalarından, bal paylanması isə 2026-ci il nəticələrindən götürülüb.

Model. Keçid balı hər il ixtisası seçənlərin sayından, plan yerlərindən və nəticələrdən asılı olaraq dəyişir. Son məlum keçid balını mərkəz götürürük və onun ildən-ilə tipik tərəddüdünü nəzərə alırıq: 700-ə yaxın ballarda aralıq dar, orta səviyyədə genişdir. Ehtimal - gələn ilin keçid balının sənin balından aşağı olma ehtimalıdır.

Şərtlər. Ümumi bal (maksimum 700 = buraxılış 300 + blok 400) və blok balı üzrə minimum hədlər hər ixtisas üçün ayrıca yoxlanılır: əksəriyyətdə 200 və 100, bəzi ixtisasların ödənişli yerlərində 150 və 50, «Riyaziyyat», «Fizika», «Kompüter elmləri» üçün 250.