BetaÖdəniş sistemi hələ qoşulmayıb - sessiya sorğuları pulsuzdur. Kalkulyator və analitika DİM-in real datası ilə işləyir.
VEKTAKaryera Platforması
Pulsuz alət · DİM datası

Qəbul ehtimalı kalkulyatoru

Balını yaz, universitet və ixtisası seç - 40 universitetin 1 466 ixtisası üzrə 2027-ci il qəbulu üçün ehtimalını gör.

Kompüter elmləri

Azərbaycan Dövlət İqtisad Universiteti · Bakı · kod 123119

—
Ehtimal üçün balını yaz
Keçid balı 2025 · ödənişsiz
583.1
Keçid balı 2025 · ödənişli daxil
583.1
Balınla fərq
—
2027-ci il üçün keçid balının ehtimal olunan aralığı: 549–618

Son illərin keçid balları

Qəbul olan ən aşağı bal. 6 ildə 469.9–587.4 arasında dəyişib (fərq 117.5 bal).

2020: 487.82021: 469.92022: 551.92023: 524.62024: 587.42025: 583.1
  1. 2020487.8
  2. 2021469.9
  3. 2022551.9
  4. 2023524.6
  5. 2024587.4
  6. 2025583.1

Müsabiqə şərtləri (2026 qaydaları)

  • Ümumi bal ən azı 250
  • Blok imtahanı (II mərhələ) balı ən azı 100

Kompüter elmləri - digər universitetlərdə

2025 keçid balına görə, güclüdən başlayaraq.

Hamısı analitikada (19 proqram) →

Necə hesablanır?

Data. Keçid balları Dövlət İmtahan Mərkəzinin 2025-ci il müsabiqəsinin rəsmi nəticələridir: hər ixtisas üzrə ümumi (ödənişli daxil) və dövlət sifarişi üzrə keçid balı. Müsabiqə şərtləri DİM-in 2026-ci il «İxtisas seçimi» kitabçalarından, bal paylanması isə 2026-ci il nəticələrindən götürülüb.

Model. Keçid balı hər il ixtisası seçənlərin sayından, plan yerlərindən və nəticələrdən asılı olaraq dəyişir. Son məlum keçid balını mərkəz götürürük və onun ildən-ilə tipik tərəddüdünü nəzərə alırıq: 700-ə yaxın ballarda aralıq dar, orta səviyyədə genişdir. Ehtimal - gələn ilin keçid balının sənin balından aşağı olma ehtimalıdır.

Şərtlər. Ümumi bal (maksimum 700 = buraxılış 300 + blok 400) və blok balı üzrə minimum hədlər hər ixtisas üçün ayrıca yoxlanılır: əksəriyyətdə 200 və 100, bəzi ixtisasların ödənişli yerlərində 150 və 50, «Riyaziyyat», «Fizika», «Kompüter elmləri» üçün 250.